Blinken Misirin xarici işlər naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Blinken Misirin xarici işlər naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
# 13 aprel 2024 07:54 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Sameh Şukri ilə telefon danışığında İran və İsrail arasındakı gərgin vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında məlumat verilib.

“Dövlət katibi və xarici işlər naziri regional sabitliyin möhkəmləndirilməsi üçün çoxtərəfli səyləri müzakirə ediblər. Blinken İranın eskalasiyasının regionda heç kimə xeyir verməyəcəyini vurğulayıb”, - Metyu Millerin açıqlamasında qeyd edilib.

Tərəflər həmçinin Qəzza zolağına göndərilən humanitar yardımın artırılması, anklavın mülki əhalisinin müdafiəsi, girovların azad edilməsi mövzuları ətrafında danışıqlar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR