Məhkəmə yazıçı Fərman Kərimzadənin oğlunun şikayətini təmin etməyib

Məhkəmə yazıçı Fərman Kərimzadənin oğlunun şikayətini təmin etməyib
# 24 may 2019 15:14 (UTC +04:00)

Ali Məhkəmədə yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

ONA-nın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Ə. Kərimzadəyə bəraət verilməsi ilə bağlı verilən şikayət təmin edilməyib.

Qeyd edək ki, Ə.Kərimzadə dələduzluq yolu ilə dörd vətəndaşdan 60 min manatdan çox pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə.Kərimzadə apellyasiya şikayəti verib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR