İsraildə koronavirusdan ölənlərin sayı 110-a çatıb, son sutka ərzində daha 7 nəfər vəfat edib.
İndiyədək İsraildə 11 235 nəfər koronavirusa yoluxub, 110 nəfər ölüb
13 aprel 2020 11:10 (UTC +04:00)
APA-nın "Haaretz"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, İsraildə bu günədək 11 235 nəfər COVID-19 virusuna yoluxub.
Hazırda virus daşıyıcıları olan xəstələrin 181-nin vəziyyəti ağır və ya orta ağırdır.
750 nəfərin müalicəsi xəstəxanada, 7257 nəfərinki evdə, 1058 nəfərin müalicəsi isə xüsusi ayrılmış karantin otellərində davam edir.
Bu günədək virusa yoluxmuş 1689 nəfər sağalıb.
Asiya
İsrailin Suriyaya aviazərbələri nəticəsində 5 nəfər ölüb
05:27
9 sentyabr 2024
Yəmənda avtobus qəzaya uğrayıb, 16 nəfər ölüb
03:54
9 sentyabr 2024
Si Cinpin: Çin Şimali Koreya ilə strateji anlaşmanı dərinləşdirməyə hazırdır
03:18
9 sentyabr 2024
Pakistanda bazarda partlayış baş verib, ölən və yaralananlar var
00:58
9 sentyabr 2024