Sentyabrın 15-də “Concordia” yük gəmisi Braziliya sahillərində İtamarka adası yaxınlığında batıb.
APA xəbər verir ki, bu barədə CNN Brasil Braziliya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində dörd nəfər xilas edilib, beş nəfər isə itkin düşüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.