Braziliyada X sosial şəbəkəsinin blokdan çıxarılmasından imtina edilməsinin səbəbi açıqlanıb.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Braziliya Ali Məhkəməsinin qərarına uyğun olaraq X sosial şəbəkəsi ilə əlaqədar vəsait köçürülüb.
Ancaq şirkət cərimə məbləğini səhv bank hesabına köçürüb. Buna görə də Braziliya Ali Məhkəməsi ölkədə X sosial şəbəkəsinin blokdan çıxarılması barədə qərar verməyib.