Britaniya XİN başçısı ABŞ-a səfər edəcək

Britaniya XİN rəhbəri Devid Kemeron

© APA | Britaniya XİN rəhbəri Devid Kemeron

# 06 dekabr 2023 10:34 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ABŞ-a səfər edəcək.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, səfər bu gün - dekabrın 6-da baş tutacaq.

Səfəri çərivəsində XİN rəhbəri Kemeron ABŞ dövlət katibi Entoni Blinken, hökumətin digər yüksək vəzifəli şəxsləri, həmçinin Konqresdə Respublikaçılar və Demokratların liderləri ilə görüşəcək.

"Bu səfərlə xarici işlər naziri həm Böyük Britaniyanın ən yaxın strateji müttəfiqi ilə münasibətlərinin möhkəmliyini, həm də Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyəcək. O, həmçinin Yaxın Şərqi, Qəzzadakı münaqişədən zərər çəkənlərə humanitar yardımın çatdırılmasını və Böyük Britaniya və ABŞ-ın həm israillilərə, həm də fələstinlilərə sülh şəraitində birgə yaşamağa imkan verən uzunmüddətli iki dövlət həlli istiqamətində necə işləyə biləcəyini müzakirə edəcək. Xarici işlər naziri Ukraynaya 37 milyon funt sterlinqlik humanitar maliyyə ayıracağını açıqlayacaq. Müzakirələr Böyük Britaniya və ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməyə və Yaxın Şərqdəki vəziyyətə yönələcək", Xarici İşlər Nazirinin Ofisinin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR