İstanbulun Böyükçekmece rayonunda tekstil ve plastik məhsullar istehsal olunan fabrikdə yanğın baş verib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, dörd mərtəbəli binada baş verən yanğın nəticəsində 4 nəfər ölüb.
İstanbul Valiliyinin yaydığı açıqlamada Cümhuriyyət Məhəlləsində baş verən yanğında ölənlərin əcnəbi olduğu, 20 nəfərin xilas edildiyi bildirilib.
Hadisə zamanı 4 yanğınsöndürən də xəsarət alıb.