Çikaqoda O'Hare Beynəlxalq Hava Limanında təyyarə havaya qalxan zaman yanıb.
APA xəbər verir ki, bu barədə ABC 7 telekanalı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.
ÇikaqoSietl reysini həyata keçirən "Airbus A320" təyyarəsi anidən tüstülənməyə başlayıb.
Alovlanma barədə məlumat aldıqdan sonra təyyarənin uçuş-enmə zolağında sürətlənməsi dayandırılıb.
148 sərnişinin hamısı təxliyə edilib və heç kim xəsarət almayıb.
Onlara ehtiyat təyyarə verilib.
Yanğının səbəbi açıqlanmayıb.