Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını COP29-la əlaqələndirməyib

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Mille

© APA | ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Mille

# 16 oktyabr 2024 09:47 (UTC +04:00)

ABŞ heç vaxt Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Bakıda keçirilməsi ilə əlaqələndirməyib.

APA-nın xəbərinə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, ölkəsi hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb:

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan yekun nəticədə bu sənədi imzalayacaq. Lakin bu ABŞ-dən deyil, bilavasitə tərəflərin özündən asılıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR