Dövlət Departamenti: ABŞ Livanda rabitə vasitələrinin partladılmasında iştirak etməyib

Dövlət Departamenti: ABŞ Livanda rabitə vasitələrinin partladılmasında iştirak etməyib
# 17 sentyabr 2024 22:55 (UTC +04:00)

ABŞ Livanda rabitə qurğularının partladılması hadisəsində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb.

APA xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Mən sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Birləşmiş Ştatlar bu hadisələrin baş verəcəyini əvvəlcədən bilmirdi. Vaşinqton baş verənlərlə bağlı məlumat toplayır”, - deyən diplomat əlavə şərh verməkdən imtina edib.

Onun sözlərinə görə, hadisənin Qəzza zolağında atəşkəs danışıqlarına təsir edə biləcəyini söyləmək hələ tezdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR