Amerika Birləşmiş Ştatları administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina hədiyyə etdiyi Aurus markalı avtomobili BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən KXDR-ə həm avtomobillərin, həm də dəbdəbəli avtomobillərin tədarükünə qadağa qoymağı tələb edir. Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün də BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, – diplomat vurğulayıb.