Tacikistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 68 yoluxma halı qeydə alınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tacikistanda koronavirusa yoluxanların sayı 720 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 23 nəfərə çatıb.