ABŞ-da tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - YENİLƏNİB
# 04 mart 2019 13:33 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında baş vermiş tornado nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. ONA-nın məlumatına görə, bu barədə WBRC kanalı məlumat yayıb. Bildirilir ki, ölənlərin sayı arta bilər. Gecə olduğundan və hava şəraiti ilə əlaqədar axtarış xilasetmə işləri dayandırılıb. Tədbirlər səhər saatlarında davam etdiriləcək.

Saat 09:23

***

ABŞ-ın Alabama və Corciya ştatlarında tornada baş verib. ONA-nın ABŞ bürosunun verdiyi məlumata görə, hadisədə 14 nəfərin həlak olduğu bildirilir. Ölənlər arasında azyaşlılar da var.

Hazırda ərazidə zərərçəkmiş insanların xilas edilməsi işləri aparılır.

Corciya ştatının Talbotto şəhərində tornado nəticəsində 15 obyekt, bir neçə ev dağıntılara məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR