Ekvadorun cənubundakı Kamilo Ponse Enrikes şəhərində mədəndə baş verən silahlı toqquşmada azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
APAxəbər verir ki, bu barədə “Sinxua” yerli polisə istinadən məlumat yayıb.
Səlahiyyətlilər əyalətdə baş verən hadisəni araşdırır.
“El Universo” qəzetinin məlumatına görə, qarşıdurmada iştirak edən qruplaşmalar son zamanlar ərazidə yerləşən mədənləri nəzarətə götürmək üçün bölgədə bir neçə hücum həyata keçirib.