Deputat Lənkəran hava limanının Rusiyaya icarəyə verilməsini təklif edib

Deputat Lənkəran hava limanının Rusiyaya icarəyə verilməsini təklif edib
# 21 may 2019 15:56 (UTC +04:00)

“Azərbaycanda hava limanları, idman kompleksləri tikilir. Hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Rüfət Quliyev bildirib.

Deputat həmin obyektlərin tender formasında icarəyə verilməsini təklif edib: “Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR