Səfir: “İsveçrə bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Səfir: “İsveçrə bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
# 02 iyul 2019 18:26 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Müriel Peneveyreni qəbul edib.

APA-nın Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, E. Məmmədyarov ölkələr arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.

Nazir iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu bildirən E. Məmmədyarov ötən həftə baş tutmuş iqtisadi və ticarət məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasını bu xüsusda mühüm tədbir qismində qiymətləndirib.

Səfir M. Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüşdə səfir M. Peneveyre etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR