Bolqarıstanda IGB qaz kəmərinin tikintisinə start verilib

Bolqarıstanda IGB qaz kəmərinin tikintisinə start verilib
# 22 may 2019 17:13 (UTC +04:00)

Bolqarıstanda (Kirkovo – cənub) Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) təməlqoyma mərasimi keçirilib. Bu barədə ONA mərasimdə iştirak edən Bolqarıstanın Baş naziri Boy Borisovun internet saytına istinadən xəbər verir.

Məlumata əsasən, mərasimdə Yunanıstan Baş naziri Aleksis Tsipras və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak ediblər.

Mərasim zamanı layihənin həm Balkan, həm də Avropa üçün əhəmiyyətli olduğu bildirilib.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq.

Xatırladaq ki, bu ilin aprel ayının əvvəli Avropa Komissiyası IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında 182 km-lik birləşdirici qaz kəmərinin tikintisinə sərf ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR