Belçikada son sutka ərzində yeni növ koronavirusa 973 nəfər yoluxub, 170 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Belçikada koronavirusa yoluxanların sayı 40 956 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5998 nəfərə çatıb.