ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir Azərbaycan Ali Məhkəməsinin Rəsul Cəfərovla bağlı qərarını müsbət qarşılayıb.
APA-ın xəbərinə görə, bu barədə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin rəsmi "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, H. Desir Azərbaycan Ali Məhkəməsinin ötən gün hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verməsi haqda qərarı alqışlayır.