Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 1,1% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 1,1% artıb
# 14 mart 2020 13:34 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında (MR) ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 361 857,8 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artaraq 786,8 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin ilk iki ayında sənaye üzrə 175 957,0 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini 1,1% üstələyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR