Azərbaycana 500 min manatlıq investisiya qoyan şəxslərdən ailə üzvlərinin tələbatını ödəmək üçün vəsaitin olmasına dair sənəd istənilməyəcək

Azərbaycana 500 min manatlıq investisiya qoyan şəxslərdən ailə üzvlərinin tələbatını ödəmək üçün vəsaitin olmasına dair sənəd istənilməyəcək
# 17 may 2019 16:32 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya yatırmış şəxslərdən ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd tələb olunmayacaq.

ONA-nın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinə yeni 53.2-1-ci maddəsi əlavə edilir.

Təklif olunan maddəyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmayacaq.

Məcəllənin 53.1.7-ci maddəsi isə belədir: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla) təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR