Səməd Seyidov: “Sülhdən əvvəl ədalət istəyirik, Avropadan da ədalət gözləyirik”

Səməd Seyidov: “Sülhdən əvvəl ədalət istəyirik, Avropadan da ədalət gözləyirik”
# 29 may 2019 12:46 (UTC +04:00)

“Mənim babam, atam Azərbaycanda doğulub, mən bu ölkədə tolerantlığın necə olduğunu bilirəm”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Avropa məkanında” konfransında deputat Mixail Zabelin bildirib.

M. Zabelin deyib ki, Azərbaycanda ukraynalılar və digər xalqlar da çox rahat şəkildə yaşayır. Deputat Donbasa görə Avropa İttifaqının Rusiyaya sanksiya etməsi fonunda Avropa İttifaqının Ermənistana sanksiya tətbiq etməməsinin səbəbi ilə maraqlanıb.

Demokratiya və İnsan Hüquqları üzrə Avropa Şurasının prezidenti Yanuş Nedzvetskiy nəzərə çatdırıb ki, Avropada çoxları Ermənistanın işğal etdiyi ərazilərdə tarixi abidələri dağıtdığını bilmir: “Münaqişənin həllinə daha kiçik addımlarla başlamaq olar. Məsələn, mədəni irsin qorunması, qəbul edilən qətnamələrin dəstəklənməsi bu sırada ola bilər. Azərbaycan mədəni irsin dağıdılması məsələsini qaldıra bilər. Etnik təmizləmə, əmlakın məhvinə görə kompensasiyanın tələb edilməsi də gündəmdə olmalıdır. Xırda məsələlər həllini tapsa, böyük addım atmaq olar”.

Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov qeyd edib ki, Türkiyədə minlərlə erməni yaşayır, amma Ermənistanda bir nəfər türk yaşamır: “Hansı ölkədə soyqırımı törədilib? Qondarma soyqırımı təbliğatı böyük bir yalandır”.

Bolqarıstan baş nazirinin sabiq müavini, Bolqarıstan Parlamentinin üzvü Rumen Qoçev deyib ki, Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsini həll etmək gözlənirsə, bu, çox uzun müddət aparacaq: “Biz yalnız dini və etnik məsələlər üzərində işi qursaq, nəticə əldə etmək çətin olar. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyası barədə sual verildi. Rusiyaya qarşı sanksiyalar ABŞ-ın təzyiqi ilə qəbul edilib. Almaniya və Fransa mümkün qədər müstəqil siyasət həyata keçirmək istədilər, amma NATO və digər məqamlara görə belə müstəqil siyasət çox çətindir. Yeri gəlmişkən, Bolqarıstanın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var. İki ölkə problemi öz aralarında həll etməlidir”.

S. Seyidov isə bildirib ki, Avropada Azərbaycana Almaniya və Fransa arasında ikinci dünya Müharibəsindən sonra münasibətlərin çox yaxşı olduğu misal göstərilir: “Ancaq Nünberq prosesindən sonra Almaniya və Fransa qardaş kimi yaşamağa başladılar. Biz Ermənistanla müharibə istəmirik. Biz sülhdən əvvəl ədaləti istəyirik. Avropa isə ədalətdən əvvəl sülhü istəyir. Biz insanlarıq, hisslərimiz var. Ona görə də sülhdən əvvəl bizim Avropanın ədalətinə ehtiyacımız var”.

Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov Ermənistanın monoetnik ölkə olduğunu bir daha vurğulayıb: “Ermənistanda 2000 mindən çox toponim adı dəyişdirilib. Məsələn, Stepanakert Xankəndi, Yerevan İrəvan olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR