Heqset: ABŞ Yaxın Şərqdə müdafiə mövqeyi tutur

Heqset: ABŞ Yaxın Şərqdə müdafiə mövqeyi tutur
# 17 iyun 2025 05:17 (UTC +04:00)

“ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur, Vaşinqton İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.”

APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

"Biz regionda müdafiə mövqeyi tutur, sülh razılaşması əldə etməyə çalışırıq. Və şübhəsiz ki, bunun baş verəcəyinə ümid edirik. Biz ayıq-sayıq və hazırıq. Biz əvvəldən demişik ki, xalqımızı və resurslarımızı qorumaq üçün bölgədəyik", - Pentaqon rəhbəri vurğulayıb.

O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp hələ də İranla nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və onun bu məsələdə mövqeyi dəyişməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR