İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək

İlon Mask, “SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi

© APA | İlon Mask, “SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi

# 06 oktyabr 2024 12:10 (UTC +04:00)

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.

APA-nın xəbərinə görə, bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.

“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR