"Fitch" İKZF-nin reytinq üzrə proqnozunu endirib

"Fitch" İKZF-nin reytinq üzrə proqnozunu endirib
# 17 aprel 2020 10:32 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, Fond üzrə proqnozun "mənfi"yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun "stabil"dən "mənfi"yə endirilməsi olub.

"Fitch" qeyd edir ki, İKZF və Azərbaycanın reytinqi və reytinq üzrə proqnozu bərabər tutulur və məhz buna görə ölkənin gələcəkdəki reytinqində və ya reytinq üzrə proqnozunda dəyişiklik İKZF-yə birbaşa eyni təsir göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR