Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.
Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.
Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.
***
Saat 11:49
Şəmkirdə qətl hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri Məmmədov Mübariz Bayram oğlu tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Bildirildiyinə görə, hadisə qısqanclıq zəminində baş verib. Cinayəti törədən şəxs saxlanıb.
Faktla bağlı araşdırma aparılır.