İranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

İranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək
# 17 may 2020 13:41 (UTC +04:00)

İranda ənənəvi beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslami Təbliğat Şurasının koordinasiya mərkəzinin sədr müavini Nüsrətullah Lütfi deyib.

Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş ləğv olunub:

"Lakin Ramazan ayının son cümə günü İranın Ali lideri Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı danışacaq. Bu canlı çıxış televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq".

"Qüds günü" ilk dəfə 1982-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR