Birləşmiş Ştatlar tezliklə Ukraynaya böyük həcmdə silah tədarük etmək planlarını açıqlayacaq, lakin təchizatın çatışmazlığı səbəbindən çatdırılma prosesi gecikəcək.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu həftə Pentaqon xatırladıb ki, prezidentin səlahiyyəti Ukrayna üçün daha 5,9 milyard dollar ayırmağa icazə verir.
Müvafiq səlahiyyətlər maliyyə ilinin sonuna, oktyabrın 1-də başa çatır.
Hazırda bu səlahiyyətlər ABŞ hakimiyyətinə imkan verir ki, Ukraynanı birbaşa ABŞ anbarlarından silahla təmin etsin.