KİV: Bayden Netanyahuya ABŞ-ın İsrailin İrana hücumunda iştirak etməyəcəyini bildirib

KİV: Bayden Netanyahuya ABŞ-ın İsrailin İrana hücumunda iştirak etməyəcəyini bildirib
# 14 aprel 2024 09:06 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Vaşinqtonun Təl-Əvivin İrana qarşı hücum əməliyyatında iştirak etməyəcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı ABŞ administrasiyasının adını çəkilməyən nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Co Bayden bundan əvvəl ABŞ hərbçilərinin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketlərin vurulduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR