KİV: Donald Tramp Kamala Harrisi 1 faiz səslə üstələyib

Donald Tramp - Kamala Harris

© APA | Donald Tramp - Kamala Harris

# 09 sentyabr 2024 11:44 (UTC +04:00)

ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.

APA-nın “The New York Times” nəşrinə istinadən xəbərinə görə, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.

Belə ki, D. Tramp 48, K. Harris isə 47 faiz respondentin dəstəyini qazanıb.

“CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.

Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR