KİV: Tramp ABŞ-ın İrana mümkün hücumunun uğurlu olacağına şübhə edir

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 19 iyun 2025 05:18 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi hücumun tam uğurlu olacağına şübhə ilə yanaşır.

APA xəbər verir ki, bu barədə "Axios" portalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp köməkçilərindən ABŞ-ın yeraltı möhkəmləndirilmiş obyektləri bombalaması planının işləyib-işləməyəciyi maraqlanır.

Qeyd olunur ki, prezidentin bu məsələdə qeyri-müəyyənliyi hələlik zərbə qərarını verməməsinin əsas səbəblərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR