ABŞ Konqresinin yuxarı və aşağı palatasındakı demokrat liderlər Kəmalə Harrisin partiyanın prezidentliyə namizədi kimi irəli sürülməsini dəstəkləmək niyyətindədirlər.
APA xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Senatdakı çoxluğun lideri Çak Şumer və Nümayəndələr Palatasında demokrat azlıqların lideri Hakem Jeffri çərşənbə axşamı Harrisi dəstəkləməyə hazırlaşırlar.
O, hazırda ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edir.