Maduro mübahisəli ərazini Venesuelanın 24-cü ştatı elan edib

Maduro mübahisəli ərazini Venesuelanın 24-cü ştatı elan edib
# 06 dekabr 2023 05:57 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro Qayana ilə mübahisəli olan Essekibo ərazisini “müdafiə zonası” elan edib.

APA xəbər verir ki, bu barədə "Ultimas Noticias" məlumata yayıb.

Federal Hökumət Şurasının iclasında Maduro bildirib ki, orada qaz, neft və faydalı qazıntıların çıxarılması üçün lisenziya verən departamentləri yaradılacaq.

Bölgə indi Venesuelanın 24-cü əyaləti, Qayana-Essekibo olacaq.

Maduro həmçinin Qayana tərəfindən fəaliyyət göstərən şirkətlərlə müqavilə bağlamağı qadağan etməyi təklif edib. O, bu məsələnin parlamentdə müzakirə olunmasını tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR