“Rusiyada yeni növ koronavirusa (COVID-19) yoluxmanın artımını dayandırmağa nail olunub”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Baş Naziri Mixail Mişustin deyib.
O, ölkənin bir sıra regionlarında məhdudlaşdırılmaların tədricən götürülə biləcəyini açıqlayıb.
“Daha çox insan bu virusdan sağalaraq xəstəxanalardan evə buraxılır. Bu, ölkədə sərt özünütəcrid rejimi daxil olmaqla, son iki ayda aparılan işlərin nəticəsidir, - deyə M. Mişustin qeyd edib.