Mask: “ABŞ-ın federal büdcəsi yalnız borclar üzrə faizləri ödəməyə kifayət edəcək”

Mask: “ABŞ-ın federal büdcəsi yalnız borclar üzrə faizləri ödəməyə kifayət edəcək”
# 03 mart 2024 19:57 (UTC +04:00)

Amerikalı sahibkar və milyarder İlon Mask deyib ki, gələcəkdə ABŞ-ın federal büdcəsi yalnız borclar üzrə faizləri ödəməyə kifayət edəcək.

APA xəbər verir ki, bu barədə o, sahibi olduğu X sosial şəbəkəsində paylaşım edib.

Mask Shibetoshi Nakamoto-nun ictimai yazısını şərh edərək, ironiya ilə deyib ki, ABŞ hakimiyyəti milli borcla bağlı problemlərə baxmayaraq, hələ də onu əsas problem hesab edir.

“Aydındır ki, bu mənim günahımdır" deyə Mask X sosial şəbəkəsində zarafat edib.

Eyni zamanda o qeyd edib ki, Vaşinqton baş verənlərlə bağlı nəsə edilməlidir:

"Əks təqdirdə, bütün federal büdcə faiz ödənişlərini ödəmək üçün istifadə ediləcək və başqa heç bir şey qalmayacaq!"

Sahibkar yazıya CNBC televiziya kanalının ABŞ-ın dövlət borcunun hər yüz gündə bir trilyon dollar artmasından bəhs edən materialının linkini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR