Mask Baydenə səs verməyəcəyini bildirib

Mask Baydenə səs verməyəcəyini bildirib
# 30 noyabr 2023 06:49 (UTC +04:00)

Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ABŞ Prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.

APA xəbər verir ki, o, bu barədə “New York Times” qəzetinin təşkil etdiyi konfransda danışıb.

"Mən Baydenə səs verəcəyimi düşünmürəm", - deyə o bildirib.

Bundan əvvəl NBC telekanalı amerikalıların əksəriyyətinin seçkilərdə keçmiş ABŞ prezidenti Donald Trampı dəstəkləyəcəyini bildirmişdi.

"The Independent" həmçinin, qeyd edib ki, Qəzza və Ukraynadakı münaqişələr Baydenin yenidən seçilməsi ilə bağlı suallar doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR