"Ətraf mühitə istənilən dezinfeksiyaedici maddənin buraxılmasının az da olsa, neqativ təsiri var"
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O bildirib ki, amma ilk növbədə insan sağlamlığıdır: "Eyni zamanda biz bu barədə əlaqədar qurumlarla müzakirə aparmışıq. Xlor və digər dezinfeksiyaedici maddələrin konsentrantı az istifadə olunur ki, dezinfeksiya zamanı flora və fauna təsir minimuma endirilsin".