Almaniyada yeni növ koronavirusa yoluxanların sayı gün ərzində 745 nəfər artıb, 57 nəfər bu virusdan ölüb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və ölkədə COVID-19 xəstəliyinə tutulma statistikasını aparan Robert Kox İnstitutunun məlumatında qeyd olunub.
Bir gün əvvəl 797 yeni yoluxma və 83 nəfərin öldüyü bildirilmişdi.
Epidemiya başlayandan bəri ölkədə 176 752 yeni növ koronavirusa yoluxma hadisəsi aşkar edilmiş, COVID-19 diaqnozu ilə 8147 nəfər ölüb, 158 min nəfər sağalıb.
Ən çox yoluxma halları Bavariyada (45 929), Şimali Reyn-Vestfaliya (36 912) və Baden-Vürtemberqdə (34 175) qeydə alınıb.