Deputatların Nazirlər Kabineti yanında Operativ qərargahda təmsil olunması təklif edilib

Deputatların Nazirlər Kabineti yanında Operativ qərargahda təmsil olunması təklif edilib
# 17 mart 2020 12:30 (UTC +04:00)

“Cəza sistemini sərtləşdirməkdən daha çox, əhalini maarifləndirmək üçün tədbirləri genişləndirməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan Hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc deyib.

Z. Oruc bildirib ki, dünyada da epidemioloji qaydaların pozulmasına görə cərimələr, həbslər nəzərdə tutulub: “Sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında qəbul etdiyimiz qanunun 3 və 6-cı maddələrində qeyd olunub ki, insan sağlamlığının qorunması üçün digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilə bilər. Ona görə hesab edirəm ki, operativ qərargah həm informasiya məkanında, həm də real praktiki məsələdə operativ addımlar atır. Amma arzulayardım ki, parlament üzvlərindən də kimlərsə Nazirlər Kabineti yanında Operativ qərargahda təmsil olunsun”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR