Mart ayından bəri Meksikada havanın yüksək temperaturundan ölənlərin sayı 155-ə çatıb.
APA xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin dərc etdiyi ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatda deyilir.
“Cari isti mövsümdə (martın 17-dən oktyabrın 5-dək) ölkə üzrə yüksək temperaturla bağlı 155 ölüm halı qeydə alınıb”, - məlmatda deyilir.