Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb

Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
# 02 oktyabr 2023 09:59 (UTC +04:00)

Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb.

APA “Associated Press News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksikanın Tamaulipas ştatının regional Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Sahil şəhəri olan Syudad Maderoda kilsədə vəftiz mərasimi zamanı dam uçub.

Hadisə baş verən zaman binanın daxilində olan kilsə işçilərinin və ziyarətçilərin dəqiq sayı məlum deyil. Hazırda ərazidə dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR