MKİ-nin direktoru HƏMAS ilə girovlarla bağlı danışıqlarda iştirak etmək üçün Parisə gedəcək

MKİ-nin direktoru HƏMAS ilə girovlarla bağlı danışıqlarda iştirak etmək üçün Parisə gedəcək
# 22 fevral 2024 07:58 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı Qətər, Misir və İsrail nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün fevralın 23-də Parisə gedəcək.

APA-nın xəbərinə görə, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Bayden administrasiyası bu il martın 11-də başlayacaq Ramazan ayına qədər Həmas girovlarının azad edilməsi ilə bağlı razılıq əldə etməyi gözləyir. ABŞ Ramazan ayında Qəzza zolağında döyüşlərdə fasilə əldə etməyə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR