ABŞ-ın "Boeing" korporasiyası mülki aviasiya sahəsində çalışan hər 10 işçisindən birini ixtisar etməyi planlaşdırır.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, korporasiya sözügedən irimiqyaslı ixtisarları hələ təsdiq etməsə də, sonrakı ixtisarların qarşısını almağa imkan verən könüllü işdən azadetmə proqramlarının təklifinin mövcudluğunu bildirib.
Qeyd edək ki, ixtisarlar "Boeing"in "787", "777" və "737 Max" uzun məsafəli təyyarələrinin istehsal edildiyi bölmələrində aparılacaq.