ABŞ-ın dövlət katibi Mayk Pompeo Afrin şəhərində onlarla insanın ölümü ilə nəticələnən terror aktından sonra Suriyada atəşkəsin yaradılmasına çağırıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
“Bu gün Afrində günahsız insanlara qarşı törədilmiş terror hücumundan sonra ABŞ bir daha Suriyanın hər yerində atəşkəs rejimi yaratmağa və onu dəstəkləməyə çağırır. Bu cür amansız hərəkətlər münaqişə tərəflərinin hər biri üçün yolverilməzdir”, - deyə Pompeo bildirib.