Nyu-Yorkda İsrail-Fələstin məsələsi ilə bağlı müzakirələr aparıb

Nyu-Yorkda İsrail-Fələstin məsələsi ilə bağlı müzakirələr aparıb
# 30 noyabr 2023 03:17 (UTC +04:00)

İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Van İ və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub.

Görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Xatırladaq ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR