Keçən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı statistik göstəricilər məlum olub.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.
Sənədə əsasən, 2019-cu ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələri üçün 6 min 846 müraciət olub. Keçən il verilmiş və müddəti uzadılmış iş icazələrinin sayı isə 6 min 637 olub.