Hollandiyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 1066 artaraq, 32655-ə çatıb.
APA bildirir ki, bu barədə Hollandiya Milli Sağlamlıq İnstitutu xəbər verib.
Ölənlərin sayı isə 83 nəfər artıb, ümumilikdə ölkədə 3,684 nəfər COVID-19-dan ölüb. Hazırda 9704 nəfər xəstəxanada müalicə olunur.