Paraqvayda təyyarə qəzası zamanı deputat ölüb

Paraqvayda təyyarə qəzası zamanı deputat ölüb
# 03 dekabr 2023 09:53 (UTC +04:00)

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölkə parlamentinin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

“Dekabrın 2-də axşam məlum oldu ki, deputat Valter Arms San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha üç nəfər həlak olub”, - deyə məlumatda bildirilir.

Deputatlar Palatası həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

Ultima Hora qəzetinin yazdığı kimi, ilkin məlumatlara görə, göyərtəsində 4 nəfərin olduğu təyyarə havaya qalxarkən ağaca dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR