Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Avtomobil özəl xəstəxanalardan birinin qarşısından yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Rəhimov Tural Nahid oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.