ABŞ hökuməti Hərbi Dəniz Qüvvələri üçün yanacaq dolduran tankerlərin tikintisi ilə bağlı Milli Polad və Gəmiqayırma şirkəti ilə müqavilə bağlayıb.
APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Pentaqon 8 yanacaqdoldurma tankerinin tikintisi üçün sözügedən şirkətə 6,7 milyard dollar ödəyəcək.
Müqaviləyə görə şirkət 2035-ci ilin yanvarına qədər “John Lewis T-AO 205” sinifindən olan səkkiz tanker dizayn edib inşa etməlidir.
İşlər ABŞ Hərbi Dəniz Qüvvələrinin büdcəsindən maliyyələşdiriləcək.